OZON EKRANI, OZONOSFER

10-50 km yüksəklikdəki atmosfer zonası olub ozonun maksimal miqdarı ilə xarakterizə olunur. Onun mövcudluğu fotosintezedən bitkilər (O2, oksigenin ayrılması) və oksigenə ultrabənövşəyi şüaların təsiridir: 3O2 + 285 kC = 203,0. O.E. həyatda bütün canlıları bu şüaların məhvedici təsirindən qoruyur.
OZON
OZONLAŞDIRMA
OBASTAN VİKİ
Ozon
Ozon — Atmosferin təxminən 25-30 km-də günəşin ultrabənövşəyi şüalarından alınır. Ozon ultrabənövşəyi şüaları udaraq yer səthindəki canlıları qoruyur. Oksigen molekulyar oksigenlə birləşir və ozona çevrilir: O²+O------>O == Xassələri == Ozon açıq mavi rəngli,xoşiyli,dadsız molekulyar quruluşlu qazdır.Troposfer və stratosfer ozonu ayırırlar. Troposfer ozonu yer səthindən 12–17 km-ə qədər, stratosfer ozonu isə 50 km-ə qədər hündürlükdə yerləşir. Ozonun çox hissəsi stratosferdə yerləşir. Troposferdə isə ozonun miqdarı azdır. O, atmosferdə elektrik və şimşək çaxması nəticəsində əmələ gəlir. Troposfer ozonu həm də günəş radiasiyasının təsir şəraitində azot oksidlərinin karbohidrogenlərlə fotokimyəvi reaksiyası nəticəsində əmələ gəlir. Havada olan karbon qazı və azot oksidi də əsasən antropogen mənşəlidir (ən çox avtomobillərin yaratdığı). Əgər troposfer ozonunun konsentrasiyasının azalması xeyirlidirsə, stratosferdə ozonunun azalması ekoloji fəlakətlərə gətirib çıxara bilər.
Ozon dəliyi
Yer üzərində həyat minillərlə, atmosferdə olan mühafizə qatı sayəsində qərar tutmuşdur. Ozondan ibarət olan bu qat Yeri günəşin zərərli ultrabənövşəyi şüalanmasından mühafizə edir. Lakin antropogen və texnogen təsirlər altında 20 ildən artıq bir müddətdə ozon qatının aramsız nazikləşməsi qlobal miqyasda təhlükə mənbəyinə çevrilmişdir. Ozon tərkibində üç ədəd oksigen atomu olan qazdır. O, ilk dəfə 1839-cu ildə K. F. Şonbeyn tərəfindən elektrik boşalmalarının müşahidəsi zamanı kəşf edilmişdir. Lakin ozonun atmosferin bir hissəsinin olduğu faktı yalnız 1850-ci ildən sonra məlum olmuşdur. Ozon – yunan sözü olub, mənası "kəskin iy" deməkdir. Ozon günəşin işıqlandırdığı insan və digər canlıların yayıldığı müstəsna əhəmiyyətə malikdir, çünki o, atmosferin temperaturunun lay-lay olmasını müəyyən edir və eyni zamanda intensiv ultrabənövşəyi şüalanmadan qoruyur. Ozon əsasən atmosferin troposfer və stratosfer qatlarında yerləşir. Troposferdə ozonun miqdarı çox azdır.
Ozon qatı
Ozon təbəqəsi — Yer kürəsini günəşin məhvedici radiasiyasından qoruyur. Yer kürəsində olan bütün canlıları ultrabənövşəyi şüalanmadan qoruyan ozon qatının qorunması dünya ölkələri üçün birinci dərəcəli problemlərdən sayılır. Beynəlxalq ozon qatının mühafizəsinin devizi belədir: "Səmanı qoru, özünü qoru, ozon təbəqəsini qoru!". 1994-cü ildə BMT-nin Baş Assambleyası 16 sentyabr tarixini "Beynəlxalq Ozon Qatının Mühafizəsi Günü" elan edib. Bu gün ozon təbəqəsini dağıdan maddələrə dair imzalanan Monreal protokolunun tarixə salınması məqsədilə təyin olunmuş və dövlətlərə bu tarixi Monreal protokoluna uyğun fəaliyyətlərin təbliğatına həsr etmək təklif edilib. "Ozon təbəqəsinin qorunması haqqında" Vyana Konvensiyasında əks olunan və sonradan dağıdıcı xüsusiyyət daşıyan maddələrə dair Monreal protokolunda həyata keçirilən ozon təbəqəsinin qorunması beynəlxalq təşəbbüsdür. Protokolda iştirakçılar tərəfindən öhdəliyə götürülmüş müəyyən hədlər, ozondağıdıcı maddələrin istehsalı və istehlakının tamamilə dayandırılması müəyyən olunmuşdur. Bu gün Vyana Konvensiyasına 173 dövlət qoşulub. Ozon qatı Günəşdən gələn ultrabənövşəyi şüaları udur, onların yer səthinə çatmasının qarşısını alır. Ozon qatının dağılmasında "antropogen faktorun" rolu elmi dairələrdə daha çox təhlükə mənbəyi kimi müzakirə olunur.
Ozon təbəqəsi

Ozon (şirkət)
Ozon — Rusiyanın ilk e-ticarət şirkətlərindən biridir və bəzən “Rusiyanın Amazon-u” adlandırılır. 1998-ci ildə onlayn kitab mağazası kimi təsis edilən Ozon, 2019-cu ilə qədər ölkədəki ən böyük üç onlayn pərakəndə platformadan biri olmuşdur. 2020-ci ildə Forbes tərəfindən Rusiyanın ən qiymətli üçüncü internet şirkəti seçilmişdir. Ozon həmçinin Ozon Group-un bir hissəsidir, hansı ki, Ozon Travel kimi onlayn səyahət bronlama platformasına və Rusiyanın ən böyük rəqəmsal kitab mağazası olan Litres-ə sahibdir. Ozon-un hazırkı baş icraçı direktoru Yandex-in keçmiş maliyyə direktoru və əməliyyatlar üzrə baş direktoru olan Aleksandr Şulgin-dir. 2020-ci ilin oktyabr ayında məlum oldu ki, Ozon ABŞ-da IPO keçirməyi planlaşdırır və bu, şirkəti 3-5 milyard dollar arasında dəyərləndirə bilər. 2020-ci ilin noyabr ayında Ozon Nasdaq birjasında IPO vasitəsilə ictimaiyyətə açıldı və şirkətin dəyəri 6,2 milyard dollar kimi qiymətləndirildi. Rusiyanın Ukraynaya təcavüzündən sonra, Nasdaq Ozon-un qiymətli kağızlarının ticarətini dayandırdı və şirkət siyahıdan çıxmaq niyyətini bildirdi. Ozon iki dəfə uğursuz apellyasiya etdi və 2023-cü ilin oktyabrında könüllü siyahıdan çıxmaq barədə qərarını elan etdi. == Tarix == Ozon.ru 1998-ci ildə Rusiyanın proqram təminatı şirkəti Reksoft tərəfindən onlayn kitab satıcısı kimi təsis edilmişdir.
Göy ölüm ekranı
Göy ölüm ekranı və ya BSOD (ing. Blue Screen of Death, Blue Screen of Doom, BSoD) — Microsoft Windows əməliyyat sistemi yüklənən zaman ekrana gələn göy fonda ağ yazılardır. Yəni kritik – düzələ bilməyən əməliyyat sistemlərindəki səhv. BSOD-un əmələ gəlməsinə səbəb çoxdur. Qısaqapanma nəticəsində sərt diskin sistem sektorlarının sıradan çıxmasından BİOS-da parametrlərində səhvə yol veriləsinə qədər və s. BSOD ilk dəfə Windows версии 1.3 əməliyyat sistemində aşkar edilmişdir. == Növləri == BSOD məlumatlarının üç növü var: Windows 9x ailəsi üçün Windows NT ailəsi üçün Windows CE ailəsi üçün. Göy ölüm ekranı Windows əməliyyat sisteminin elə ilk versiyasında meydana çıxıb. Windows 8 versiyasından onu Black Screen Of Death əvəzləyir.
Beynəlxalq Ozon Qatının Mühafizəsi Günü
Beynəlxalq Ozon Qatının Mühafizəsi Günü (qeyri-rəsmi və sadəcə olaraq Ozon Günü də adlanır) — Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən elan edilmiş və 16 sentyabrda təyin olunan gün. Bu təyinat 19 dekabr 2000-ci ildə, 1987-ci ildə dövlətlərin Ozon qatını məhv edən maddələr üzrə Monreal protokolunu imzaladığı tarixin xatirəsinə verilmişdir. 1994-cü ildə BMT Baş Assambleyası 1987-ci ildə Ozon qatını məhv edən maddələrə dair Monreal Protokolunun imzalanmasının xatirəsini qeyd edərək, 16 sentyabr tarixini Beynəlxalq Ozon təbəqəsinin mühafizəsi günü elan etdi.